Siyasət

Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Avropa İttifaqı ölkələrinin və beş Şərq Tərəfdaşlığı ölkəsinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) XİN başçıları dekabrın 12-də Brüsseldə toplaşacaqlar. Bu barədə Avropa İttifaqı Şurasının 9 dekabr tarixli məlumatında deyilir.

İclas Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrelin sədrliyi ilə keçiriləcək. Görüşdə həmçinin Aİ komissarı Oliver Varheyi, Euronest PA-nın, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun, Avropa İnvestisiya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri iştirak edəcəklər.

Müzakirələr Şərq Tərəfdaşlığının gələcəyinə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin təhlükələrinə və nəticələrinə həsr olunacaq.

Nazirlər Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləməyin və yaxınlaşdırmağın, bütün regionda qanunun aliliyinin və islahatların təşviqini təmin etməyin yollarını müzakirə edəcəklər.

Eyni zamanda, iştirakçılar bütün regionda “yaşıl” və rəqəmsal texnologiyaların təşviqi məqsədilə İqtisadi və İnvestisiya Planının həyata keçirilməsinin sürətləndirilməsini müzakirə edəcəklər.

Bənzər yazılar

Back to top button