İdman

Papa Messi, Maradona və Pele arasında seçim etdi

Roma Papası Fransisk futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçunun adını çəkib.

Qol.az “Calciomercato”ya istinadən xəbər verir ki, həmyerliləri Papadan Lionel Messi, Dieqo Maradona və Pele arasında seçim etməsini istəyiblər. O , əfsanəvi braziliyalı futbolçu Peleni fərqləndirib:

“Peleni seçərdim. Maradona əla oyunçu idi, lakin bir insan kimi uğursuz oldu. Messi çox güclüdür. O, centlmendir. Amma mənim üçün ən böyük Peledir. Mən onunla danışdım. Bir dəfə Buenos-Ayresdə olarkən Pele ilə təyyarədə tanış olmuşdum. O, böyük adam idi. Bu futbolçuların hər üçü öz sözünü deyib. Onların hər birinin özünəməxsus xüsusiyyətləri var”.

Qeyd edək ki, Pele ağır və uzun sürən xəstəlikdən sonra 29 dekabr 2022-ci ildə vəfat edib. Onun 82 yaşı var idi. Maradona isə 25 noyabr 2020-ci ildə ürək tutmasından 60 yaşında dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button