Hadisə

Tale Bağırzadə aclığı dayandırıb

Səhhətində yaranan problemlər və təzyiqlərin dayandırılması səbəbindən aksiyanın 16-cı günündə Müsəlman Hərəkatı Birliyi (MBH) rəhbəri Tale Bağırzadə aclığı dayandırıb.

Məlumatı onun ailəsinə istinadən MBH verib. T. Bağırzadə telefon əlaqəsində səhhətində son günlər yaranmış kəskin problemlərin artdığını deyib. Bununla belə o, həbsxanalarda olan problemlər, əsasən təhqir və alçaldıcı davranışları diqqətdə saxlayacağını da söyləyib. «İlahiyyatçı aclıq müddətdə ona dəstək göstərən daxildə və xaricdəki dostlara da təşəkkürünü çatdırıb», – daha sonra MBH-dən bildiriblər.

* Bağırzadə noyabrın 26-da Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra aclıq aksiyasına başlayıb. O müəssisənin rəis müavini tərəfindən təhqir olunduğunu deyib.

** Bağırzadə 2015-ci ildə Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib və terrorçuluq, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı birləşmə yaratmaq və s. ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, siyasi məhbus kimi tanınıb.(Turan)

Bənzər yazılar

Back to top button