Siyasət

Dövlət Departamentinin əsas məmurları Qafqaz siyasətilə bağlı Konqres qarşısında hesabat verəcəklər

Dövlət Departamentinin Qafqaz siyasətinə cavabdeh olan əsas məmurları bu həftə Konqresin Xarici Əlaqələr Komitəsində administrasiyanın regiona dair siyasəti üzrə dinləmələrdə çıxış edəcəklər, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dekabrın 14-də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Qafqaz danışıqları üzrə baş müşavir Filip Riker Avropa, energtika, ətraf mühit və kibertəhlükəsizlik üzrə alt komitənin açıq dinləmələrində çıxış etməlidirlər.

Konqresmen Bill Kitinqin (Massaçusets ştatı) sədrliyilə tədbir Komitənin saytında canlı yayımlanacaq.

Ötən ay Donfrid və Riker administrasiyanın Qafqazdakı siyasəti haqda danışmaq üçün Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış ediblər.

Riker bu yaxınlarda bölgədən qayıdıb və bu, onun bu rolda ikinci səfəri olub. Donfrid də öz növbəsində ötən həftə həm Azərbaycanın, həm də Ermənistanın xarici işlər nazirlərilə danışıb.

Bənzər yazılar

Back to top button