GündəmSiyasət

Sülhməramlılar fəalları hərbi postun ərazisindən çıxarmaq istəyir, QHT-lər imtina edir (VİDEO)

Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.

“Report”un müxbiri bunu bu gün səhər saatlarından etibarən Azərbaycan QHT-lərinin etiraz aksiyasının keçirildiyi postun yaxınlığındakı hadisə yerindən xəbər verir.

“Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm”, – hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.

Bənzər yazılar

Back to top button