Siyasət

Cozep Borel Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasına tərəfdardır

Dekabrın 12-də Brüssel “Şərq tərəfdaşlığı” nazirlər görüşündə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Cənubi Qafqaz regionunda fəallaşmaya tərəfdar olduğunu bildirib.

“Biz təhlükəsizlik və müdafiə sahəsində işləri gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik”, – Borel Tvitter hesabında yazıb.

*Xatırladaq ki, nazirlər görüşündə Avropa ölkələrinin, eləcə də Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın xarici işlər nazirləri toplaşıb.

İştirakçılar “Şərq tərəfdaşlığı”nın gələcəyini, eləcə də təhlükəsizlik çağırışlarını və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bütün region üçün nəticələrini müzakirə edəcəklər.(Turan)

Bənzər yazılar

Back to top button