Siyasət

Musa Qasımlının lider olduğu dairənin sədri bacanağı imiş…

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Bu dairədən namizədlər Nəsrəddin Qəmbərov və Qubadəli Rzayev şikayətlərində səsvermə zamanı pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyib.

MSK üzvü Validə Bayramova bildirib ki, araşdırma nəticəsində şikayətlərin əsassız olduğu müəyyən edilib. Q.Rzayev bildirib ki, həmin dairənin sədri, deputat Musa Qasımlının bacanağıdır və ondan verilən bütün şikayətlərə rədd cavabı verib.

Məzahir Pənahov deyib ki, bacanaq birinci dərəcəli qohum olmadığı üçün qanun bunu qadağa etmir: “Amma biz bunu əvvəldən bilsəydik, həmin dairə sədrinin dəyişdirilməsi üçün əlimizdən gələni edərdik ki, narahatlığa yer qalmasın”.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

Qeyd edək ki, bu dairə üzrə lider keçmiş deputat Musa Qasımlıdır. /Qafqazinfo

Bənzər yazılar

Back to top button