Siyasət

RSK Qarabağda daha üç postunu ləğv edib

Son bir gün ərzində Rusiya sülhməramlı kontingenti Şuşa və Əsgəran rayonlarında iki müşahidə postunu və Ağdərə istiqamətində bir müvəqqəti müşahidə postunu ləğv edib. Bu barədə RSK-nin 6 oktyabr tarixli informasiya bülletenində deyilir.

Bir gün əvvəl RSK Şuşa, Əsgəran və Ağdərə rayonlarında keçmiş təmas xətti boyunca müşahidə postlarını ləğv etdiyi haqqında məlumat yayıb.

Hərbi əməliyyatların dayandırılması haqqında əldə edilmiş razılaşmaların icrası məqsədilə Rusiya sülhməramlılarının nəzarəti altında Dağlıq Qarabağın silahlı birləşmələrinin anbarlarında silah və hərbi texnikanın sayılması davam etdirilib. 6 oktyabr tarixinə olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd RƏM vasitəsi, 112 ədəd sahə artilleriya silahı, RYAS və minaatan, 1 ədəd PUA, 7 mindən çox atıcı silah və tank əleyhinə vasitə, 58,5 milyona yaxın döyüş sursatı təhvil verilib.

Silah, hərbi texnika və döyüş sursatlarının saxlanıldığı yerlərin mühafizəsi Rusiya-Azərbaycan birgə keşikçi postları tərəfindən təşkil olunub.

Bənzər yazılar

Back to top button