İdman

Luka Modriç: “Messini dayandırmaq çox çətin olacaq”

Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya qarşı matç barədə fikirlərini bildirib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, rəqibin lideri Lionel Messini saxlamağın çətin olacaqğını deyib:

“Lionel Messi çox böyük fiqurdur. O, rəqibin ən yaxşı oyunçusudur. Messini dayandırmaq bizim üçün çox çətin olacaq. Lakin biz hazırıq və əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, sabah keçiriləcək Argentina – Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button