İdman

Ronaldo: “Argentinanın dünya çempionu olacağını desəm, yalan olar”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Argentinanın DÇ-2022-nin qalibi olmaq şanslarını dəyərləndirib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o deyib: “Dünya çempionatının kubokunu meydandakı oyunu ilə buna layiq olan qazanır. Argentina o qədər də yaxşı oynamır, amma istəkləri çoxdur, çox qaçırlar, ürəklə oynayırlar… Həm də qol epizodlarından istifadə edəm Messi var.

Argentina dünya çempionu ola bilərmi? Dürüst olacağam. Argentinanın qalib olacağını deyə bilmərəm, bu, yalan olar”.

Qeyd edək ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq. Sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button