DünyaManşet

Ayasofyanın ibadətə açılışında skandal: Ərdoğanın imamı Atatürkə lənət oxuyub

Məlum olduğu kimi, Türkiyə Dövlət Şurasınının Ayasofyanın məsciddən muzeyə çevrilməsi ilə bağlı Nazirlər Şurasının 24 noyabr 1934 tarixli qərarını ləğv etdikdən dünən Ayasofya məscidi 86 ildən sonra ibadətə açıldı.

AzToday.az “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, açılışda “Quran” oxuyan Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra deyib:

“İndi bu yer əvvəlki vəziyyətinə qayıtdı, məscid idi, yenidən məscid oldu. 350 min insanın cümə namazına qatıldığını öyrəndim. Buranı daha mənalı bir quruluşa çevirəcəyik”.

Cümə xütbəsini oxuyarkən fəthin simvolu olan qılıncla minbərə çıxan Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaş, Atatürkün imzaladığı 1934 Nazirlər Şurasının qərarına istinad edərək deyib: “Fatih Sultan Məhmət Xan bu yeri qiyamət gününə qədər məscid olaraq qalmasına vəqf edib. Vəqf ediləni pozan lənətə düçar olur”.

Beləliklə, Türkiyənin indiki hakimiyyətinin yaratdığı şəraitdən istifadə edən Diyanət İşləri İdarəsinin rəhbəri Ə.Ərbaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə lənət oxuyub.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button