İdman

“Argentinaya qarşı daha çox təzyiq var” – Zlatko Daliç

“Dünyanın ən yaxşı dörd komandası sırasına daxil olduq. Bu, Xorvatiya üçün böyük uğurdur. Ardıcıl iki pley-off matçında qalib gəlməyimiz çox vacibdir. Amma biz daha artığını istəyirik. Lionel Messinin kapitanı olduğu böyük Argentina ilə qarşılaşacağıq. Onlara qarşı daha çox təzyiq var”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında Argentina ilə oyun öncəsi deyib.

“Biz onların necə oynadıqlarını və oyunu hansı istiqamətdə qurduqlarını bilirik. Mən optimistəm və oyunçularıma inanıram. Onlar öz səviyyələrini, xarakterlərini göstərdilər. Bu olmasaydı, yarımfinala çıxa bilməzdik. Biz rəqibə uyğunlaşmayacağıq, öz futbolumuzu oynayacağıq və nəticə əldə edəcəyik” – deyə o bildirib.

Mütəxəssis Xorvatiyanın DÇ-2022-nin qalibi olmaq şansları ilə bağlı söyləyib: “Dörd il əvvəl biz bütün kiçik ölkələr üçün bir arzu həyata keçirdik. Bizim nümunəmizdən ruhlanan digər milli komandalar da arzumuzu gerçəkləşdirir. Bu yolu indi Mərakeş keçir. Bu dünya çempionatına baxsaq, Mərakeş böyük komandaları məğlub etdi və birinci olmağa tam haqqı var. Xorvatiyanın da bu hüququ var. Zieş əla oynayır. Mən başa düşmürəm ki, o, niyə klubunda heyətə düşmür”.

Qeyd edək ki, sabah keçiriləcək Argentina – Xorvatiya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button