İdman

Ronaldonun DÇ-2022-dəki favoriti

Portuqaliya millisini kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin əsas favoritini açıqlayıb.

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu “Mirror”a müsahibəsində deyib: “Düşünürəm ki, turnir başlamazdan əvvəl dediyim kimi, Fransa əsas favoritdir. Və mən də Mbappenin bu mundialın ən yaxşı oyunçusu olacağını düşünürəm”.

Ronaldo İngiltərənin turnirdə mübarizəni dayandırması haqda da danışıb: “Unutmayın, İngiltərə Fransaya qarşı çox yaxşı futbol oynadı. Düşünürəm ki, Braziliya ilə eyni şey onların başına gəldi. Sonda hər xırda detal matçın nəticəsinə təsir etdi. Ancaq İngiltərə dünya çempionatında oynadığı futbolla fəxr etməlidir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button