Dünya

“Facebook”a maraq azalır

Son 15 il ərzində “Facebook” sosial şəbəkəsində istifadəçilərin sayı 30 dəfə artıb.

Yeniavaz.com məşhur “Statista” portalında açıqlanan məlumatlara istinadən bildirir ki, 2008-cu ilin 3-cü rübünün yekununda 100 milyon istifadəçisi olan “Facebook”un bu ilin 3-cü rübünün yekununda 2 milyard 958 milyon istifadəçisi olub.
Bu ilin ilk 3 rübü ərzində “Facebook” istifadəçilərinin sayı 46 milyon artıb. Müqayisə üçün bildirək ki, əvvəlki ilin ilk 3 rübü ərzində sosial şəbəkə istifadəçilərinin sayında builkindən çox – 112 milyon artım qeydə alınıb. 2020-ci ilin ilk 3 ayında isə artım daha çox olub – 242 min.

“Facebook” istifadəçilərinin sayı ilk dəfə 2012-ci ilin 3-cü rübü ərzində bir milyardı keçib.

Bənzər yazılar

Back to top button