ManşetSiyasət

Vasif Talıbovun Bakıya gəldiyi deyilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ötən gün – dekabrın 12-si axşam saatlarında Bakıya gəldiyi iddia olunur.

Bu barədə “AzPolitika.info” MR-dəki etibarlı mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunub ki, V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur.
İddiaya görə, o, Naxçıvanda gedən proseslərlə bağlı Bakıya gəlib və Muxtar Respublika ilə bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.

Həmçinin, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu və bu qərarların yaxın günlərdə elan olunacağı iddia edilir.

Bənzər yazılar

Back to top button