Dünya

Bəşər Əsəd: “Bu, dolayı yolla III Dünya müharibəsidir…”

ABŞ öz mövcudluğunu qorumaq üçün müharibə aparır. Vaşinqton hegemonluğunu itirdiyinə görə Suriya ilə yanaşı İran və Rusiya ilə də mübarizə aparmaq qərarına gəldi.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Suriya Prezidenti Bəşər Əsəd RT-yə müsahibəsində deyib. Əsəd qeyd edib ki, ABŞ “hətta öz müttəfiqləri ilə, hətta ona “yox” deyən Qərb hökumətləri ilə də” mübarizə aparır. Onun sözlərinə görə, ümumiyyətlə, ABŞ siyasəti sınaq və səhvlərə əsaslanır:

“Onlar Əfqanıstana hücum etdilər, amma heç bir şey alınmadı. İraqı da istila etdilər, ancaq bundan da bir şey əldə edə bilmədilər”.

Bundan əlavə, Əsəd onu da vurğulayıb ki, Suriyada gedən müharibə dolayı yolla üçüncü dünya müharibəsinin miniatür modelidir.

Bənzər yazılar

Back to top button