İdman

“Mərakeşin yarımfinala çıxması möcüzə deyil”

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin yarımfinalında Fransa ilə oyun öncəsi komandadakı əhval-ruhiyyədən danışıb.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, o deyib: “Mərakeş millisinin bir çox futbolçusu zədələnib. Komandanın uğuru üçün bütün güclərini sərf ediblər. Heç kim dayanıb öz halına yazığı gəlmədi. Biz heyrətamiz nəticə əldə edə bildik. Lakin dünya çempionatının yarımfinalına çıxmaq möcüzə deyil, zəhmətin nəticəsidir”.

Xatırladaq ki, dekabrın 14-ü keçiriləcək Fransa – Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button