Siyasət

Aİ-nin Ermənistan-Azərbaycan sərhədində monitorinqi dekabrın 19-da başa çatacaq

Dekabrın 12-də Brüsseldə Avropa İttifaqı Şurasının iclasında Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində iki ay ərzində fəaliyyət göstərən missiyası ilə bağlı qərar qəbul edilib.

İclasın yekun sənədində bu missiya ilə bağlı belə deyilir: “Şura Aİ-nin Ermənistanda dekabrın 19-da fəaliyyətini başa vuracaq monitorinq missiyasının potensialını nəzərdən keçirib. Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi Aİ-nin nüfuzunu qoruyub saxlamaq məqsədilə dekabrın 20-dən Ermənistana razılaşma olarsa, 2023-cü ildə işə salınacaq mümkün mülki missiyanın planlaşdırılmasında iştirak etmək üçün qrup göndəriləcək”.(Turan)

Bənzər yazılar

Back to top button