GündəmHadisəManşet

“Erməni polkovnikin xəritəsində kəşfiyyatçılarımızın marşrutu var idi, kim satıb?!” – General

“Aprel hadisələrinə cavab olaraq əks-hücüm planı yaradıldı. İlkin olaraq, əlbəttə ki, kəşfiyyat-diversiya hərəkətləri qurmaq lazım idi. Bu planın yaradılıb təsdiqlənməsindən çox az adam xəbərdar idi. General Mais Bərxudarov rəhbərliyə bildirdi ki, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə Hadrutda formalaşan 9-cu motoatıcı alayın artilleriya rəisi, polkovnik-leytenant Qriqoryan əsir götürülüb. Onun üzərində hərbi sənədlər var idi. Baş kəşfiyyat idarəsinin rəisi Mazanov öz kəşfiyyatçılarını göndərdi və həmin o sənədləri mənə gətirdilər. Gecə saat 3-də bu hərbi sənədləri araşdıran zaman – mən həmin vaxt Baş əməliyyat şöbəsinin rəisi idim – onların xəritəsində bizim kəşfiyyat-diversiya qruplarımızın marşrutunu gördüm. Kim satıb?! Kim həmin planları Qriqoryana sata bilərdi ki, Qriqoryan da həmin marşrut üzrə atəş hücumu planlasın? Həmin xəritə bizim arxivimizdədir”.

Bunu Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.

General-mayor əməliyyatlar zamanı Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun faktiki olaraq Suqovuşana çatması barədə sualı da cavablandırıb:

“Tək Madagizə (Suqovuşan) yox. Biz bu suala qayıdacağıq hələ.

Ali baş komandan biləndə ki, insanların ona olan inamı, güvəni və qazanmaq istəyi kritik həddə gətirib çıxara bilər, o Müdafiə Nazirliyinə gəldi və bütün idarəetməni öz üzərinə götürdü, özünüz də bilirsiniz kimi işdən kənarlaşdırdı. Və ancaq həmin o bir nəfər adam və onunla birlikdə raket artilleriya qoşunlarının rəhbəri və başqa vəzifəli şəxslər kənarlaşdırıldıqdan sonra hər şey dəyişdi”.(yeniavaz.com)

Bənzər yazılar

Back to top button