Cəmiyyət

Azərbaycanda dərman vasitələrinin hazırlanması üçün laboratoriya yaradıldı

“Elmin İnkişafı Fondu fəaliyyəti dövründə səhiyyə sahəsində 30-a qədər layihəni dəstəkləyib. Bu layihələrdən biri də Azərbaycanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyası yaradılması olub”.

AzToday.az APA-ya istinadla məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavini deyib ki, fond bu laboratoriyanın yaradılmasına qrant olaraq 1 milyon manat ayırıb: “Hazırda dərman sahəsində çalışan bəzi şirkətlərin fəaliyyətini də bu laboratoriyalara yönəltmək istəyirik ki, dərmanların tədqiqatlarını həmin laboratoriyada aparsın, bununla da oraya müəyyən qədər maliyyə köməyi etsin”.

Nazir müavini qeyd edib ki, dərman bitkiləri xammallarının tədqiqini həm Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu, həm də Azərbaycan Tibb Universiteti aparır.

Bənzər yazılar

Back to top button