Cəmiyyət
Dekabrın 14-nə hava proqnozu

Sabah, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz olacağı, cənub küləyinin axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Bakıda gecə 5-7 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı, mülayim qərb küləyinin əsəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.