Siyasət

Separatçıların sülhməramlıları öz tərəflərinə çəkmək cəhdləri uğursuzluğa düçar olub

Rusiya sülhməramlılarının rəhbərliyi Qarabağ separatçıları ilə Laçın dəhlizindəki vəziyyəti müzakirə etməkdən imtina edib, xəbəri Ermənistanın “Qrapark” nəşri yayıb. General Volkovun “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və “Qarabağ parlamentinin deputatları” ilə danışmaqdan imtina etdiyi bildirilir.

“Rusiya sülhməramlıları deyiblər ki, danışıqlar olmayacaq, bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildiriblər ki, problem siyasi həllini tələb edir və onlar azərbaycanlıları uzaqlaşdırmaq üçün güc tətbiq etmək niyyətində deyillər. Onlar “yuxarıdan” bu qərarı aldıqda nə edəcəklərini anlayacaqlar”, deyə nəşr yazır.

Bir müddət əvvəl “Qarabağ parlamentinin” üzvləri sülhməramlıları “daha sərt tədbirlər görməyə və azərbaycanlıların qeyri-insani hərəkətlərinin qarşısını almağa” çağırıblar, deyə qəzet yazır.(Turan.az)

Bənzər yazılar

Back to top button