İqtisadiyyat

Məşhur iş adamı məhkəməyə verildi – Milyonlarla borca görə… + FOTO

2016-cı ildə lisenziyası ləğv olunan “Bank Standard” QSC-nin ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məşhur iş adamı Şahin Mövsümovu məhkəməyə verib.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün – 05.07.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyilə keçiriləcək.

Məhkəmə iddiasının kredit müqaviləsi üzrə mübahisələrə görə irəli sürdüyü bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda iş adamının banka təxminən 100 milyon manat borcunun olduğu yazılıb.
Qeyd edək ki, “Bank Standard” Şahin Mövsümov ilə birgə yaxın qohumu İzolda Mövsümovanı, həmçinin iş adamına məxsus “AS İnşaat” MMC-ni məhkəməyə verib.

Bənzər yazılar

Back to top button