GündəmManşetSiyasət

Azərbaycanlı fəalların tələbləri haqlıdır – Hikmət Hacıyev

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Laçın-Şuşa yolunda baş verənlər haqqında məlumat vermək üçün dekabrın 13-də diplomatik korpusun nümayəndələri ilə görüş keçirib.

Azərbaycan vətəndaş cəmiyyətinin fəalları Azərbaycan ərazisində ölkənin suverenliyinin pozulması ilə həyata keçirilən qanunsuz fəaliyyətə etirazlarını bildirmək üçün Laçın-Xankəndi yolunun Şuşa yaxınlığındakı hissəsində toplaşıblar.

Erməni işğalı dövründə Azərbaycanın ətraf mühitinə ciddi ziyan vurulub, təbii sərvətlər qanunsuz olaraq istismar edilib, indi də müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə bu, davam edir. Xüsusən, “Qızılbulaq” və “Dəmirli” yataqları qanunsuz istismar olunur.

Bu yataqlarda monitorinq aparılması məsələsinin sülhməramlılarla razılaşdırılmasına baxmayaraq, dekabrın 10-da Azərbaycan mütəxəssisləri yataqlara buraxılmayıb.

Azərbaycanlı fəallar sülhməramlıların öz öhdəliklərini pozmasına və Azərbaycan ərazisində qanunsuz fəaliyyətin davam etməsinə etiraz edirlər.

Hacıyev qeyd edib ki, etirazçıların fikirləri bütün hüquqi çərçivələrə uyğundur. “Onlar qanuni tələblər irəli sürürlər, onlar qanunsuz heç nə istəmirlər. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər”, deyə Hacıyev bildirib.

Bənzər yazılar

Back to top button