İdman

İbrahimoviçdən Messi ilə bağlı şok açıqlama

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Qol.az xəbər verir ki, goal.com-a danışan isveçli hücumçu Argentinanın DÇ-2022-nin qalibi olacağının əvvəlcədən planlaşdırıldığını deyib.

O, yığmasının kapitanı Lionel Messinin kuboku qazanacağının artıq yazıldığını bildirib: “Məncə, kimin qalib gələcəyi artıq yazılıb və siz kimi nəzərdə tutduğumu başa düşürsünüz. Düşünürəm ki, Messi kuboku qaldıracaq”.

Qeyd edək ki, Argentina millisi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq yarmfinal matçında Xorvatiya ilə qarşılaşacaq. Cütün qalibi finalda Fransa – Mərakeş oyununun güclüsü ilə üz-üzə gələcək.

Bənzər yazılar

Back to top button