Siyasət

Fransa Xarici İşlər Nazirliyi Laçın dəhlizində vəziyyət barədə

Fransa Ermənistanla Dağlıq Qarabağı birləşdirən yolda, giriş dəhlizində nəqliyyatın hərəkətinə maneələrdən təəssüflənir, bu, ciddi humanitar nəticələrə səbəb olub. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir.

Paris Dağlıq Qarabağda yaşayan əhalinin hüquqlarına əməl edərək, bölgəyə girişin və təchizatın qeyd-şərtsiz bərpasına çağırır.

Həmçinin qeyd olunur ki, “Azərbaycan Respublikası 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq, Laçın dəhlizi vasitəsilə hər iki istiqamətdə adamların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin etməyi öhdəsinə götürüb”.

Qeyd edək ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar lap əvvəldən mülki yüklərin hərəkətinə mane olmadıqlarını bəyan ediblər. Onların etirazı azərbaycanlı mütəxəssislərin Qarabağdakı mədənlərə buraxılmaması və qanunsuz metal hasilatı nəticəsində Azərbaycan ekologiyasına ziyan dəyməsilə bağlıdır.

Bənzər yazılar

Back to top button