GündəmSiyasət

Qarabağ erməniləri işarə ediblər ki, Azərbaycandan humanitar yardımı qəbul etməyəcəklər

Qarabağ separatçıları liderinin mətbuat katibi bildirib ki, Azərbaycandan humanitar yardımın alınması ilə bağlı Qarabağ rəhbərliyi və Bakı arasında razılaşma yoxdur. Bu barədə o, Bakıdan Qarabağa 40 ton un məmulatının göndərilməsi barədə xəbərləri şərh edərkən bildirib.

Lusine Avanesyan həmçinin deyib ki, Laçın dəhlizilə sərbəst hərəkətin bərpası “prioritet olaraq qalır və Azərbaycan tərəfilə istənilən dialoq bu məsələ ilə əlaqədar aparılmalıdır”. Onun sözlərinə görə, Azərbaycandan humanitar yardımın göndərilməsi “saxta filantropiyadır”.(Turan)

Bənzər yazılar

Back to top button