GündəmManşetSiyasət

“Azəriqaz”: Azərbaycanın Qarabağa verilən qazın kəsilməsinə aidiyyatı yoxdur

Azərbaycanın Qarabağın erməni əhalinin yaşadığı hissəsinə qaz nəqlinin dayandırılmasına aidiyyatı yoxdur. Bu barədə bu gün SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bildirib.

Qurumda Azərbaycan tərəfinin qazı kəsməsilə bağlı xəbərləri dezinformasiya adlandırıblar və qeyd ediblər ki, bu, beynəlxalq birlikdə çaşqınlıq yaradır.

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qazın verilməsi Ermənistan tərəfindən həyata keçirilir və qeyd olunan ərazilər bizim ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”, – “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Eyni zamanda, yaxın günlərdə qaz kəmərinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində müvafiq texniki diaqnostika işləri aparılacaq.

“Hazırda soyuq hava şəraitilə əlaqədar Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qaz xətlərinin işində nasazlıq yaranıb. Qazın dayanıqlı və təhlükəsiz verilməsinin təmin olunması üçün texniki diaqnostika aparılır”, – “Azəriqaz”da qeyd ediblər.

Xatırladaq ki, bu ilin martında “Azəriqaz” Qarabağın erməni əhalinin yaşadığı hissəsində qaz təchizatının bərpası üçün qazpaylayıcı şəbəkədəki nasazlığın aradan qaldırılması üzrə tədbirlər barədə məlumat vermişdi.

Bənzər yazılar

Back to top button