İqtisadiyyat

Ərdoğan Türkmənistan qazının Avropaya nəqli üzrə işə başlamağa çağırıb

Türkmənistan qazının Qərb bazarlarına nəqli üzrə işə başlamaq lazımdır. Bunu Türkiyə prezidenti Ərdoğan çərşənbə günü Türkiyə-Türkmənistan-Azərbaycan üçtərəfli sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Xəzər dənizindəki “Dostluq” neft-qaz yatağının işlənməsi məsələsində Türkmənistan və Azərbaycanla əməkdaşlığa hazırdır.

Bundan əlavə, Ankara Türkmənistan və Azərbaycanla Türkiyəyə elektrik enerjisi idxalı mövzusunu da müzakirə etməyə hazırdır.

Türkiyə lideri regional təhlükəsizliyə töhfə kimi nəqliyyat dəhlizlərinin, o cümlədən Lapis-Lazulinin inkişafının vacibliyini vurğulayıb.

Qeyd edək ki, söhbət Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin yaradılmasından və onun “Cənub” qaz dəhlizinə qoşulmasından gedir.

Bənzər yazılar

Back to top button