GündəmManşetSiyasət

Azərbaycan, Türkiyə və Türkmənistan liderləri üçtərəfli sənədlər paketi imzalayıblar

Bu gün Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan liderləri – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdımühəmmədovun görüşündə üçtərəfli sənədlər paketi imzalanıb.

Əsasən dövlət başçıları üç ölkə liderinin birinci sammitinin birgə bəyanatını imzalayıblar.

Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlığa dair üçtərəfli hökumətlərarası saziş imzalanıb.

Həmçinin elm, təhsil və mədəniyyət sahələrində hökumətlərarası əməkdaşlığa dair çərçivə proqramı təsdiq edilib.

Tərəflər gömrük əməkdaşlığı sahəsində birgə məşvərət komissiyasının yaradılmasına dair hökumətlərarası anlaşma memorandumunu imzalayıblar.

Enerji sahəsində əməkdaşlığın inkişafına dair hökumətlərarası anlaşma memorandumu da imzalanıb.

Bununla yanaşı, nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair idarələrarası memorandum imzalanıb.

Bənzər yazılar

Back to top button