Hadisə

Şiddətli töhmət alan rəis müavinin yüksək vəzifəyə gedəcəyi bildirilir

Bu ilin iyul ayında işğaldan azad olunan ərazilərə şəxsləri qanunsuz buraxmaqda adı hallanan Kəlbəcər Rayon Polis Şöbəsinin rəis müavini Vüqar Məmmədovun yaxın zamanlarda polis rəisi vəzifəsinə təyin ediləcəyi deyilir.

Bu barədə sosial mediada yayılan məlumatlarda bildirilir.

Onun hazırda Bakıda bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirdiyi iddia edilir.

Bu ilin iyul ayında şairə Nazilə Səfərli və bir qrup şəxsin işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi etdikləri barədə mediada məlumatlar dərc edilmişdi.

Həmin ərəfədə Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunmuş, bəzilərinə isə töhmət verilmişdi.

O zaman Kəlbəcər rayon polis şöbəsinin rəis müavini olan Vüqar Məmmədov da şiddətli töhmət alaraq sərəncama götürülmüşdü.

Məsələ ilə bağlı Vüqar Məmmədovla əlaqə saxlamaq mümkan olmayıb. (arqument.az)

Bənzər yazılar

Back to top button