İdman

Ronaldo və meneceri arasında gərginlik

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və onun meneceri Xorxe Mendeş arasında gərginlik yaranıb.

Qol.az xəbər verir ki, bu barədə As məlumat yayıb. Tərəflər arasında gərginlik yaranmasına səbəb 37 yaşlı hücumçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir. Hücumçu ötən ay “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra azad agent olaraq qalır.

Yanvarın 1-dən o, yeni komandaya qoşula bilər. Lakin hələlik heç bir klubla müqavilə imzalamayıb. Futbolçu yüksək maaş tələb etdiyi üçün Avropa klubları onunla müqavilə bağlamaqda tərəddüd edirlər. Mendeş isə bu durumla əlaqədar alternativlər axtarır.

Qeyd olunur ki, Ronaldo ilə Mendeşin münasibətində belə məqamlar artıq bir neçə dəfə baş verib. Menecer və oyunçu bir-birləri ilə az qala ata və oğul kimi davranırlar, buna görə də hər şeyi həll edə bildilər.

Ronaldo üçün yeganə transfer təklifi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu tərəfindən edilib Futbolçunun transferi reallaşacağı təqdirdə illik gəlirinin 200 milyon avro olacağı bildirilirdi. Hətta onların 2,5 illik müqavilə üçün razılaşdığı qeyd olunurdu.

Kriştianonun gələcəyində PSJ-nin keçmiş idman direktoru Anteru Henrike mühüm rol oynaya bilər. İndi o, Qətər çempionatının rəhbəridir və Ronaldonun bu ölkənin klublarından birinə keçidinə töhfə verə bilər.

Xatırladaq ki, Ronaldo son klubu “Mançester Yunayted”dən noyabrın 22-də ayrılıb. Onun adı “İnter Mayani”, “Los Anceles Qelaksi”, “Sportinq”, “Los Anceles”lə də hallanırdı. Həmçinin ulduz forvard üçün Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal”ın da mübarizəyə qoşulacağı bildirilirdi.

Bənzər yazılar

Back to top button