Siyasət

Avropa Şurası iştirakçı ölkələrin Varşava Konvensiyasına əməl etməsini qiymətləndirib

Avropa dövlətlərinin əksəriyyəti dondurulmuş və ya həbs edilmiş əmlakın düzgün idarə olunmasını təmin etmək üçün qanunvericilik və ya digər tədbirlər qəbul ediblər, halbuki, bəzi ölkələrdə əvvəlkitək yaxşılaşdırma tələb olunur. Bu barədə “Varşava Konvensiyası” kimi tanınan, cinayətdən gələn gəlirlərin yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Konvensiya Tərəflərinin Konfransının ötən gün dərc olunmuş hesabatında deyilir.

Hesabatda 37 iştirakçı dövlətin müqavilənin 6-cı maddəsinə nə dərəcədə əməl etdiyi qiymətləndirilir.

O həbs edilmiş və dondurulmuş aktivlərin müsadirə haqqında yekun qərarın məhkəmə orqanları tərəfindən təsdiqlənməsinə qədər idarə olunmasına sistemli yanaşmanın təmin edilməsinə yönəlib.

Məhkəmə qərarına qədər bu aktivlər saxlanmalı və elə idarə olunmalıdır ki, onların dəyəri, ən azı aşağı düşməsin. Bu, avtomobillər, binalar və ya qiymətli metallar kimi maddi aktivlərə və əqli mülkiyyət və ya virtual aktivlər kimi qeyri-maddi aktivlərə aiddir.

Hesabatda qiymətləndirilmiş hər iştirakçı dövlətin xülasəsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret ölkələr üçün xüsusi tövsiyələr var.

Azərbaycanla bağlı qeyd olunub ki, Azərbaycanın dondurulmuş və həbs edilmiş aktivlərin idarə edilməsinə dair bəzi müddəaları tətbiq etməsinə baxmayaraq, 6-cı maddənin reallaşması ilə bağlı hələ də müəyyən boşluqlar mövcuddur.

Buna görə də ölkəyə Varşava Konvensiyasının 6-cı maddəsinin tələblərinə tam əməl olunması üzrə addımların atılmasını davam etdirmək tövsiyə olunur.(Maddə 6 dondurulmuş və ya götürülmüş gəlirlərin və ya müsadirə ediləcək digər əmlakın idarə edilməsi. Hər bir Tərəf bu Konvensiyanın 4 və 5-ci maddələrinə uyğun olaraq dondurulmuş və ya götürülmüş gəlirlərin və ya müsadirə ediləcək digər əmlakın və cinayət alətlərinin düzgün idarə olunmasını təmin etmək üçün Qanunvericilik və ya digər zəruri tədbirlər görür).(Turan)

Bənzər yazılar

Back to top button