
Dekabrın 14-də axşam saatlarında Kəlbəcər rayonunun Çıraq kəndində 8 nəfər minaya düşüb, onlardan biri həlak olub. Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə məlumatında deyilir.
İlkin məlumata görə, Çıraq kəndində təmir-tikinti işləri ilə məşğul olan tikinti şirkətinin 4 əməkdaşı piyada əleyhinə minaya düşüb.
Onlara köməyə gedən 4 hərbçi də digər bir minaya düşüb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.