İdman

“Arsenal” əvvəllər bunu heç vaxt bacarmamışdı – REKORD

Premyer Liqanın 27-ci turunda baş tutan “Şeffild” – “Arsenal” oyununda (0:6) “topçular” şəxsi rekord müəyyənləşdirib.

Fanat.az “Opta Sport”-a istinadən xəbər verir ki, ilk hissədə artıq 5 qol vuran londonlular bunu ilk dəfə bacarıblar.

Belə ki, “Arsenal” İngiltərə Premyer Liqasında ilk dəfə səfər matçının ilk yarısında 5 qol vurub.

Son bir ayda ikinci səfər qarşılaşmasında 6:0-lıq qələbə qazanan İngiltərə nəhəngi bu göstəricidə də rekord müəyyənləşdirib. Belə ki, “topçular” tarixi ərzində heç vaxt bir ay içərisində iki səfər matçında 6 topluq darmadağın reallaşdıra bilməmişdi.

Son 7 matçda rəqiblərini 31 dəfə meydanın mərkəzinə dəvət edən “Arsenal” 61 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir.

Bənzər yazılar

Back to top button