Cəmiyyət

Şuşa-Xankəndi yolundakı etirazda iştirak edən bu qadının geyimi diqqət çəkib

Şuşa−Xankəndi yolunda keçirilən aksiyada iştirak edən etirazçılardan birinin geyimi diqqət çəkib.

Bu barədə tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb.

“Sadəcə bildirmək istərdim ki, adətən ekoloqlar heyvanların ovlanmasına qarşı olduğundan onların dərisindən hazırlanmış kürk geyinmirlər və təbii dəridən məhsul istehsalının əleyhinə çıxış edirlər. Xanımı qınamıram, hava çox soyuqdur, amma çox istərdim ki, bu işə nəzarət edənlər belə vacib və incə məqamları nəzərə alsınlar, axı bizi kənardan da izləyirlər”, – deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button