Hadisə

Dövlətə xəyanətdə ittiham olunan üç nəfərin məhkəməsi başlayır

Vətənə xəyanətdə ittiham olunan üç nəfər – Aydın Zəkiyev, Emil Məmmədov və Hacı Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzToday.az APA-ya istinadla xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işləri ayrı-ayrılıqda araşdırılacaq.

Qeyd edək ki, ittiham olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunublar.

Aydın Zəkiyev və Emil Məmmədovun həbsi ilə bağlı yayılmış rəsmi məlumatda onların Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirlilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq, barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button