Siyasət

Bu gün Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq

Xəbər verdiyimiz kimi, dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb və Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

Yeniavaz.com xəbər verir ki, bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəalın apellyasiya şikayətinə baxılacaq.

Vəkili B. Hacıyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Bənzər yazılar

Back to top button