Cəmiyyət

Parklanma ilə bağlı yeni qiymətlər bu gündən tətbiq olunacaq – Cədvəl

Xəbər verdiyimiz kimi, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına görə Baş nazir Əli Əsədovun iyunun 25-də imzaladığı qərarla müəyyən edilmiş məbləğlər əsasında ödəniş ediləcək.

Yeniavaz.com xəbər verir ki, sözügedən qərar bu gündən qüvvəyə minir.

Xatırladaq ki, parklanmaya görə ödənişlər bu şəkildə olacaq:

Qeyd edək ki, qərarda, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edildiyi bildirilir.

Bildirilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Qərarda deyilir ki, nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Bənzər yazılar

Back to top button