Cəmiyyət

ATU-nun yeni qərarından sonra Tibb texnikumlarının taleyi necə olacaq?

Azərbaycanda tibb bacısı olmaq üçün sovet təhsili özünü doğrutmur.

Bunu Qaynarinfo-ya tibbi ekspert Adil Qeybulla Azərbaycan Tibb Universitetində yeni “Tibb bacısı” ixtisası fakültəsinin açılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, tibb texnikomlarında təhsil aşağı səviyyədədir:

“Dünyanın hər yerində orta tibb təhsili üçün insanlar 4 il tədris keçir. Yəni, tibb bacısı olmaq üçün sovet təhsili özünü doğrutmur. Açığını deyim ki, bu gün kim tibb texnikomlarında oxuyur? Heç kim. Orada təhsil var? Tibb texnikomlarında təhsil aşagıdır. Əslində normal tibb kadrları yetişdirmək üçün onları həm praktiki vərdişlərə yiyələndirmək, həm də kifayət qədər hazırlıqlı olmaq tələb olunur. Bunun üçün il yarım, yaxud da iki il çox azdır. Bu baxımdan Tibb Universitetində tibb bacısı fakültəsinin açılması normaldır. Türkiyədə orta tibb bacısı olmaq üçün 4 il oxuyurlar. Onlar müəyyən praktiki vərdişlərə yiyələndikdən sonar fəaliyyətə başlayırlar. Bizdə isə praktiki vərdişləri az qala xəstələrin üstündə öyrənirlər. Ona görə də tələbələrin 4 il oxuması mühim şərtdir”.

Adil Qeybullanın fikrincə, Tibb Universitetində açılan yeni ixtisas Türkiyə sistemi ilə uyğunlaşmalıdır:
“Texnikomlar bağlanmamalıdır. Amma sovet dövründən qalan təhsil sistemi Türkiyə sistemi ilə uyğunlaşmalıdır”.

Bakıda və rayonlarda fəaliyyət göstərən tibb texnikomlarının bağlanıb-bağlanmamasını öyrənmək üçün Azərbaycan Tibb Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən bildirdilər ki, tibb texnikomlarının taleyinə Təhsil Nazirliyi cavabdehdir:

“Tibb texnikomlarının universitetə aidiyyatı yoxdur. Biz universitet olaraq “Tibb bacısı” fakultəsini açdıq. Texnikomlar isə Təhsil Nazirliyinin nəzdindədir”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetində yeni ixtisasın açılması haqqında məlumat yayıb. Universitetdə “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Bənzər yazılar

Back to top button