AnalitikaDünya

Kanada da ABŞ-a qoşulub

ABŞ Konqresi Tayvana “Patriot” raketlərinin satışı məqsədilə qətnaməni təsdiq edib. “Bloomberg” agentliyinin məlumatına görə Tayvan bu raketlərə görə ABŞ-a 882 milyon dollar ödəyəcək. ABŞ Tayvana bu raketlərlə yanaşı radarlar və yardımçı avadanlıqlar da satacaq. Tayvanın ABŞ raket silahlarıyla təhcizatının ümumi dəyəri 2 milyarddan çox olacaq.

Tayvanın belə sürətlə silahlanması Pekinin planlarıyla bağlıdır. Çin lideri Si Sinpin Tayvanı ələ keçirmək planı olduğunu bir neçə dəfə söyləyib. Si Sinpin Kommunist Partiyasının son qurultayında açıq deyib ki, məsələni danışıqlar yolu ilə həll edə bilməsələr, güc yolundan istifadə edəcəklər. Çinin hərbi gəmiləri tez-tez Tayvan adasında yaxınlaşırlar. Çinin hərbi təyyarələri də Tayvan adası üzərində uçuşlara ara vermirlər. Bu güc nümayişidir. Ancaq Tayvan rəhbərliyi də geri çəkilmir, bəzi hallarda adaya yaxınlaşan gəmilərə xəbərdarlıq atəşi açırlar.

Bu arada, Kanada da ABŞ-a qoşulmağa qərar verib. Kanada bir neçə hərbi gəmisini Tayvan sahillərinə yaxın sulara göndərib. Bu gəmilər beynəlxalq sularda üzəcəklər. Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsinin hərbi gəmilərinin beynəlxalq sularda üzmələri beynəlxalq hüquqa zidd deyil. Melani Coli Kanadanın beynəlxalq qaydalara riayətə önəm verdiyini vurğulayıb.

Beləliklə, ABŞ Tayvan adasının qorunmasında Kanadanın dəstəyinə arxayındır. Vaşinqton bununla kifayətlənmək istəmir. Ağ Ev Çinə qarşı daha geniş koalisiya yaratmağa çalışır. Hazırda bu koalisiyada ABŞ, Kanada və Böyük Britaniya ilə yanaşı bölgə ölkələri – Hindistan, Avstraliya və Yaponiya yer alıblar.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button