İqtisadiyyat

Harada nə qədər maaş verirlər?

Dövlət Statistika Komitəsi 2022-ci il noyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 827,9 manat göstərib (neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat, dövlət müəssisələrində 780,7 manat, özəl müəssisələrdə 880,9 manat). Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:

mədən sənayesi – 3263,1 manat;

maliyyə və sığorta fəaliyyəti – 2066,8 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1392,4 manat;

informasiya və rabitə – 1332,7 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1168,7 manat;

nəqliyyat və anbar təsərrüfatı – 1079,9 manat;

tikinti – 997,5 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 898 manat;

emal sənayesi – 761,4 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 741,9 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 685 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 652,9 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 644 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 633 manat;

təhsil – 625,1 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 570,2 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 502 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 483,4 manat;

digər sahələrdə xidmətlərin göstərilməsi – 879,1 manat.

Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdır.

Bənzər yazılar

Back to top button