İqtisadiyyat

Rəsmi: Azərbaycanda 301,5 min nəfər işsizdir

2022-ci il dekabrın 1-nə Azərbaycanda 5 milyon 356,1 min nəfər iqtisadi fəal şəxsin 5 milyon 54,6 min nəfəri məşğul şəxs kimi rəsmiləşib. Novator.az bildirir ki, bu, 301,5 min nəfər işsiz deməkdir.

Dövlət Statistika Komitəsinin hesabatına görə, noyabrın 1-nə muzdlu işçilərin 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri qeyri-dövlət sektorunda çalışıb.

Neft-qaz sektorunda işçilərin sayı 31,7 min nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 697,6 min nəfər göstərilib.

Bənzər yazılar

Back to top button