İqtisadiyyat

Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin yaradılması məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstanın gömrük əməliyyatlarına cavabdeh olan dövlət strukturlarının nümayəndələri dekabrın 14-də Azərbaycan Dövlət Gömrük Komitəsinin Qazax rayonunda Ticarətin Asanlaşdırılması Mərkəzində “İpək Yolu – Abreshumis Qza” birgə sərhəd-keçid məntəqəsini müzakirə etmək üçün görüş keçiriblər.

Görüşdə 29 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”ə əsasən yaradılacaq “İpək Yolu – Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hüquqi, maliyyə və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Asiya İnkişaf Bankının eksperti Radomir Djurik Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı təkliflərini səsləndirib və təqdimatla çıxış edib.

Nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Gürcüstanın Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze başçılıq ediblər.

Bənzər yazılar

Back to top button