Siyasət

Rusiya-İran tərəfdaşlığı təkcə Ukrayna üçün deyil, həm də İranın qonşuları üçün təhlükədir – Dövlət Departamenti

İran Rusiyaya Ukraynada müharibə üçün PUA-lar verir, əvəzində Rusiya İrana yüksək səviyyədə hərbi və texniki dəstək təklif edir, bu da onların münasibətlərini tam müdafiə tərəfdaşlığına çevirir”, bu barədə çərşənbə günü ABŞ Dövlət Departamenti bildirib.

“İcazə verin, aydınlıq gətirim: bu tərəfdaşlıq təkcə Ukrayna üçün deyil, İranın regiondakı qonşuları üçün də təhlükə təşkil edir”, deyə mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda mətbuat üçün gündəlik brifinqdə Turan-ın müxbirinə bildirib.

“… Və biz Yaxın Şərqdəki və Fars Körfəzindəki tərəfdaşlarımızla, habelə bütün dünyadakı tərəfdaşlarımızla bizdə olan məlumatı bölüşmüşük”, deyə Patel əlavə edib.

Ukrayna rəsmiləri çərşənbə günü bildiriblər ki, onların RƏM sistemi partlayıcı maddə ilə təchiz edilmiş 13 PUA-nı ələ keçirib məhv edərək, Rusiyanın Kiyevə və onun ətrafına genişmiqyaslı potensial hücumunun qarşısını alıb.

Baş tutmayan hücum RƏM sistemlərinin Ukrayna üçün nə dərəcədə əhəmiyyətə malik olduğunu və Ukrayna qoşunlarının PUA-ları ələ keçirməkdə səmərəliliyinin necə artdığını göstərir.

Ukraynanın hava hücumundan müdafiəsi daha da gücləndiriləcək, belə ki, ABŞ, çox güman ki, yaxın günlərdə Ukraynaya Patriot raket hücumundan müdafiə sistemi göndərəcək.

Bənzər yazılar

Back to top button