İdman

Kanadalı futbolçu “Real”la bağlı nə qərar verəcək? – Agenti açıqladı

“Bayern Münhen”in müdafiəçisi Alfonso Devisin agenti Nedal Huose kanadalı futbolçunun gələcəyi ilə bağlı danışıb.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano agentin müştərisi ilə bağlı dediklərini belə çatdırıb.

“Hansısa klubla konkret və ya razılaşdırılmış heç nə yoxdur. Alfonso hazırda bütün diqqətini “Bayern”ə yönəldib. Bütün variantlarımızı yaxın aylarda nəzərdən keçirəcəyik”.

Devisin “Bayern” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir. 23 yaşlı müdafiəçi ilə “Real Madrid” maraqlanır. Lakin klublar hələ ki, futbolçunun transferi ilə bağlı razılığa gələ bilmirlər .

Bənzər yazılar

Back to top button