Dünya

İran BMT-nin qadın hüquqları komissiyasından xaric edilib

Çərşənbə günü İran ABŞ-ın israrı ilə BMT-nin qadın hüquqları ilə məşğul olan komissiyasından xaric edilib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

BMT-nin İqtisadi və Sosial Şurasının 29 üzvü Vaşinqtonun İranın BMT-nin qadın hüquqları komissiyasından çıxarılması haqqında irəli sürdüyü qətnamənin lehinə səs verib. 16 üzv səs verməkdən çəkinib, 8 nəfər isə qətnamənin əleyhinə səs verib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu səsvermə İran hökumətinin qadınlara və qızlara qarşı “sistemli repressiyalarının” qınanması idi və etirazlar ölkəni sarsıtmaqda davam edir.

Nümayişçilər sentyabrda İranın əxlaq polisi tərəfindən saxlanılan qadının ölümündən sonra küçələrə çıxıblar. Bayden administrasiyası həmçinin bildirib ki, İran rejiminin öz xalqına qarşı sui-istifadələrinə, Moskvanın Ukraynaya qarşı müharibədə Rusiyaya verdiyi dəstəyə və Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətinə görə tərəfdaşlarını və müttəfiqlərini bu rejimə qarşı birləşdirir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button