Siyasət

Türkiyə Naxçıvana yeni Baş konsul təyin etdi

Türkiyə Naxçıvan Muxtar Respublikasına yeni Baş konsul təyin edib.

Bu barədə Türkiyənin Naxçıvandakı Baş konsulluğu məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Asip Kaya Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı
Baş konsulu təyin olunub.

Diplomat bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, əvvəlki konsul Mehmet Emin Kiraz dekabrın 1-də fəaliyyətini başa vurub.

Bənzər yazılar

Back to top button