İdman

“Bizim say üstünlüyümüz var idi, amma…” – Alleqridən qələbə şərhi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 9-cu turu çərçivəsində dünən “Milan” üzərində qazandıqları səfər qələbəsini şərh edib.

Fanat.az xəbər verir ki, DAZN onun dediklərini belə çatdırıb:

“Yuventus” yaxşı müdafiə olundu, Moyze Kin isə işinin öhdəsindən yaxşı gəldi. Rəqib azlıqda qaldı (Malik Tşau matçın 40-cı dəqiqəsində meydandan qovulub -red.) və ikinci yarıya yaxşı başladıq. Son dəqiqələrdə bir qədər səbirsiz görünürdük. Bu üzdən “Milan”a bir neçə əks-hücum imkanı verdik. Hə, bizim say üstünlüyümüz var idi, amma Rafael Leaunun sürəti bu üstünlüyü neytrallaşdırmağa qadir keyfiyyətdir. “Milan” üzərində daha öncə qazandığımız qələbədən çox vaxt keçib. Ona görə də yalnız öz futbolçularıma təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Turin təmsilçisi “San-Siro”da 1:0 hesablı qələbəyə sevinib.

Bənzər yazılar

Back to top button