Digər

“Külli miqdarda saxta diplom verən ali məktəblərimiz var”

“Həqiqət budur ki, qurumlar öz nüfuzunu qorumursa, kimsə qoruya bilməz”.

AzToday.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, külli miqdarda saxta diplom verən ali məktəblərimiz var:

“Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”.

Bənzər yazılar

Back to top button